“Xərçəng xəstəsi olduğumu bilən kimi özümü Allaha təslim etdim“   - Ağadadaş Ağayev

saytların hazırlanması

Evə çatdırılma

“Xərçəng xəstəsi olduğumu bilən kimi özümü Allaha təslim etdim“ - Ağadadaş Ağayev

Şou

01 İyul 2021 14:19 1949


Xalq artisti Ağadadaş Ağayev Türkiyədə üç dəfə əməliyyat olunduqdan sonra ötən gün Bakıya qayıdıb.

Yenisabah.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənni "Günün sədası" proqramına qonaq olub. O, proqramda xəstəliyindən danışıb:

"Bundan sonra musiqi fəaliyyətinə başlayacam. İnsanların rəyini oxuyanda göz yaşlarımı saxlaya bilmirdim. Bilmirdim, bizim xalqımız öz sənətkarına bu qədər sevgi bəsləyir. Diaqnozumu bilən kimi özümü Allaha təslim etdim. Dedim ki, 65 il mənə şan-şöhrət, sevgi vermisən. Dürüst yaşamışam. Xəstəlikdən sonra insanın dünyaya yanaşması fərqli olur. Mən 4 dəfə əməliyyat olundum. Sözlə ifadə etmək olmur, bəzi şeyləri yaşamaq lazımdır. Həyatımda ilk dəfə bu qədər müddətdə ölkəmdən uzaq düşdüm, üç ay müalicə aldım. İnsanlar mənə zəng edirdilər ki, orqanlarını bağışlasınlar".  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!