Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə görüntülənib.
Yenisabah.az xəbər verir ki, kral Salman videokonfransla kabinet iclasına qatılıb.
Qeyd edək ki, bazar ertəsi günü Salman bin Əbdüləziz koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə iddialar səsləndirildi. Lakin daha sonra Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan SPA bu iddiaları təkzib edərək Kral Salmanın başqa səbəblə xəstəxanaya aparıldığını bildirdi. Açıqlamaya görə, 84 yaşlı kral hazır öd kisəsindəki problemlə əlaqədar müalicə alır. Dördpendirli pizza
Telegram kanalımız