Rusiya Prezidenti Vladimir Putin Pravoslav xristianların Epifaniya bayramını qeyd etmək üçün mənfi 20 dərəcə olan buzlu suya girib.
Yenisabah.az xəbər verir ki, ənənəyə uyğun olaraq üç dəfə buzlu suya dalan Putinin görüntüləri ictimaiyyətlə paylaşılıb.
Soyuq suya girməsinə baxmayaraq, Putinin heç bir reaksiya göstərməməsi olduqca diqqət çəkib. Dördpendirli pizza
Rusiya liderinin Moskva bölgəsində dini borcunu yerinə yetirdiyi bildirilib, lakin suya girdiyi yer barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, Rusiyada 18-19 yanvar tarixlərində kilsə nəzarəti altında açılan xaç şəkilli hovuzlara çoxlu sayda adam girir. Onlar bu şəkildə İsanın vəftizini (xaç suyuna salma) xatırlayaraq su ilə günahlardan təmizləndiklərinə inanırlar.
Onu da əlavə edək ki, son vaxtlar beynəlxalq mediada Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar yayılıb. Lakin V.Putinin qışda buz kimi suya dalması onun səhhəti ilə bağlı şübhələrin əsassız olduğunu təsdiq edir.
Telegram kanalımız