Xəstə qaynına təcavüz edən qadın ondan uşaq doğdu

saytların hazırlanması

Evə çatdırılma

Xəstə qaynına təcavüz edən qadın ondan uşaq doğdu

Hadisə

26 Dekabr 2023 13:49 759


ABŞ-ın Florida ştatında 36 yaşlı Amanda Rouz Bruks adlı qadın autizm xəstəsi olan qaynını 10 il zorlamaqda təqsirləndirilib.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, qadın ondan uşaq da doğub.

Bruks məhkəmədə özünü zərərçəkmiş kimi qələmə verib. Dördpendirli pizza

Qaynı və ərinin yeganə baxıcısı olduğunu bildirən qadın ifadəsində əri və onun qardaşı tərəfindən dəfələrlə cinsi təcavüzə məruz qaldığını iddia edib. Lakin qadının qayınanası əksini bildirib: gənc qadın dəfələrlə onun otağına girib və etiraza baxmayaraq qaynı ilə cinsi əlaqədə olub, daha sonra ona susmasını və bu barədə heç kimə deməməsini söyləyib.

DNT testləri qurbanın uşağın atası olduğunu təsdiqləyib.

Amanda Bruks cinsi təcavüz və ağır cinayət haqqında yalan ifadə verməkdə ittiham olunub. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!