Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?

saytların hazırlanması

Evə çatdırılma

Xəstələrin həyatını heçə sayanlar: Həkimlər niyə özlərini bloqer kimi aparırlar?

Sosial

25 Yanvar 2025 16:17 392


Əməliyyat zamanı canlı yayım açan məşhur lor cərrah Rauf Haqverdiyev rahat şəkildə ünvanlanan suala da cavab verməyə vaxt tapır.

Baku TV məsələ ilə bağlı adıçəkilən həkimlə əlaqə saxlayıb.

O, pasiyentlərinin razılığı olmadan canlı yayım açılmadığını bildirib. Lakin bu kimi halların xəstənin həyatını riskə atmaq olduğunu soruşduqda, suala cavab vermək istəməyib. Sezar pizza

Maraqlıdır, xəstənin həyati təhlükəsini nəzərə almadan, əməliyyatxanadan birbaşa yayım açmaq nə dərəcədə doğrudur? Belə hallar hüquqi əsas yaradırmı? Ölkədə bu kimi hallara qarşı nəzarət necə həyata keçirilir?

Tibb elmləri doktoru Adil Qeybulla belə üsullara əl atan həkimlərin niyyətinin korporativ maraqlara xidmət etdiyini deyir:

"Əslində, bu işi görən həkimlər özlərinə xəstə yığmağa çalışırlar. Həkim fəaliyyətində reklam etik baxımdan düzgün deyil. Narkoz altında olan xəstələrdə şəxsiyyətin qorunması xüsusi şərtdir. İctimaiyyətə məlumdur ki, bu cür fəaliyyət nəyə xidmət edir. Düşünürəm ki, artıq bu barədə tədbir görmək vaxtıdır".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, quruma belə şikayətlər daxil olduğu zaman plandankənar yoxlamalar keçirilir.

Daha ətraflı Baku TV-nin süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!