Şəkərli diabet xəstələrinin insulin vahidləri ilə təminatına yeni yanaşmanın tətbiqi nəzərdə tutulur.
"Yeni Sabah" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.
"Çalışırıq ki, hər xəstəyə 40 vahid insulin təminatı nəzərdə tutulmasın. Bu yanaşmadan kənarlaşmaq istəyirik. Məqsədimiz insulin vahidlərinin hər bir xəstə üçün fərdi olaraq hesablanmasıdır", - deyə o qeyd edib. Dominos pizza
Ramik Quliyev 2026-2030-cu illər üçün şəkərli diabet xəstəliyi üzrə yeni dövlət proqramının təsdiq olunmasının planlaşdırıldığını da diqqətə çatdırıb.
Telegram kanalımız