“Xəstəliyə tutulmuşam, dözə bilmirəm” - Firuzə İbadova

saytların hazırlanması

Evə çatdırılma

“Xəstəliyə tutulmuşam, dözə bilmirəm” - Firuzə İbadova

Şou

25 Dekabr 2024 10:44 967


"Musiqi xəstəliyinə tutulmuşam. Əsl musiqini axtarıram, onun xiflətini çəkirəm. Ona görə xəstələnmişəm. İndiki musiqilər beynimi korlayıb".

Yenisabah.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Gün ortası" verilişində deyib. Müğənni son günlər bayağı mahnıların məşhur olmasına əsəbiləşdiyini deyib:

"Artıq dözə bilmirəm. Deyirlər, niyə danışmırsınız? Deyirəm, utanıram. Məndən də böyük sənətkarlar var. İndi hamıya sənətkar deyirlər. Xahiş edirəm, deməyin. İllərimə, etdiyim konsertlər, gördüyüm sənətkarlara, işlərimə heyfim gəlir. Bu, məni çox incidir. Hind musiqisinin 500 növü var. Onu götürüb, üstündə əyri-əskik nəğmələr yaratmaq günahdır. Üzeyir Hacıbəylinin ruhuna hörmət edin". Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!