Xəstəni öldürən həkim   - Hakim qarşısına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Xəstəni öldürən həkim - Hakim qarşısına çıxacaq

Kriminal

26 Mart 2020 13:50 1413


Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının keçmiş həkim-cərrahı Elxan Heydərov yenidən hakim qarşısına çıxarılacaq.

“Yenisabah”ın məlumatına görə, aprel ayının 2-də Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə cinayət məcəlləsinin 124.1ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirləndirilən Heydərov Elxan Əfqan oğlunun məhkəməsinin hazırlıq iclası keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Cavadlı Ziyad Loğman oğlu tanınıb.

Qeyd edək ki, Elxan Heydərov 2018-ci ildə 15 sutkalıq inzibati həbsə alınmışdı. İddia edilirdi ki, o, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında həkimlərdən Novruz bayramı ilə əlaqədar pul yığıb.  Toyuqlu pizza

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!