Xəstənin ölümündə günahkar olan həkimlərə cinayət işi açıldı 

saytların hazırlanması

Evə çatdırılma

Xəstənin ölümündə günahkar olan həkimlərə cinayət işi açıldı 

Maraqlı

17 Aprel 2023 13:35 837


İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. 

Qəbələ rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. pizza sifarişi

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!