Xəstəxanada dərman verilməyən kişi özünü pəncərədən atdı - YENİLƏNİB

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada dərman verilməyən kişi özünü pəncərədən atdı - YENİLƏNİB

Sosial

10 Oktyabr 2025 18:42 8455


Bu gün saat 00:15 radələrində Ağstafa rayonu Köçvəlili kənd sakini 1979-ci il təvəllüdlü N.Hacıyev stasionar müalicə aldığı Cərrahiyyə şöbəsinin 2-ci mərtəbəsinin pəncərəsindən qəfil özünü yerə atıb.

Bu barədə "Yeno Sabah"a TƏBİB-dən bildirilib. 

Qeyd edilib ki, pasiyentə dərhal tibbi yardım göstərilib və “Qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın boşluğunun qapalı travması, aqonal vəziyyət” diaqnozu təyin olunub: "Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 01:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Marqarita pizza

Hadisə barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib, polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək zəruri prosessual tədbirləri həyata keçirilib".

Qeyd edilib ki, oktyabrın 7-də 1979-cu il təvəllüdlü (kişi) şəxs xəsarət almış vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. İlkin müayinə zamanı xəstəyə “Sol dirsəyin əzilmiş, cızılmış yarası (S51.0)” diaqnozu təyin olunub. Pasiyentin müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vüqar
    Bütün rayonlarda belədi.Xəstəlırin dərmanları verilmir,apteklərə satılmaq üçün verilir.Şəkər xəstələri,həmçinin psixi,nevroloji xəstələrə dərman veriləndə zülm verilir,müxtəlif bəhanələrlə sürüdülrülürlər..Cənub rayonlarında,xüsusəndə Masallı Mərkəzi.Xəstəxanasında analoji hallar çoxdur.
    7 months ago