Xəstəxanada səs-küy salan həkim cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada səs-küy salan həkim cərimələndi

Hadisə

15 Yanvar 2025 21:49 289


Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi inzibati məsuliyyətə cəlb edilib.

Yenisabah.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, xəstəxananın həkim-stomatoloqu 1985-ci il təvəllüdlü Rəsul Kərimov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Məlum olub ki, həkim iş vaxtı xəstəxananın mühafizəçisinə davranışları ilə bağlı söz atıb və aralarında münaqişə yaranıb. Münaqişə zamanı təhqiramiz ifadələr işlədilib. pizza hut

Mühafizəçinin şikayəti əsasında stomatoloq barəsində tədbir görülüb və o saxlanılıb.

Saxlanılan həkim daha sonra Qəbələ Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!