Xəstəxanada yanğın baş verdi, 55 nəfər həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanada yanğın baş verdi, 55 nəfər həlak oldu

Kriminal

25 Aprel 2021 12:40 738


İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 55 nəfərə çata bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı bildirib.

Daha əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması haqqında bildirilib. İraqın İnsan hüquqları üzrə komissiyasının məlumatına görə, 45 nəfər faciənin qurbanı olub. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib. pizza mizza

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!