Xəstəxanalarda cavan, yoxsa YAŞLI HƏKİMLƏR ÇOXDUR? -   RƏSMİ CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanalarda cavan, yoxsa YAŞLI HƏKİMLƏR ÇOXDUR? - RƏSMİ CAVAB

Sosial

02 Oktyabr 2025 16:24 365


Azərbaycanda dövlət xəstəxanalarında çalışan həkimlərin yaş bölgüsü diqqət çəkir. Son illərdə səhiyyə sistemində kadr çatışmazlığı ilə yanaşı, həkimlərin hansı yaş qrupuna aid olması da müzakirə olunur. Maraqlıdır, dövlət xəstəxanalarında daha çox hansı yaş qrupuna aid həkimlər fəaliyyət göstərir?

Yenisabah.az xəbər verir ki, TƏBİB BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, ölkənin səhiyyə sistemində fəaliyyət göstərən həkim heyətinin yaş strukturuna nəzər saldıqda, orta yaşlı həkimlərin üstünlük təşkil etdiyi görünür. Bu kateqoriyaya daxil olan həkimlər ümumi heyətin təxminən 76 faizini təşkil edir.

Məlumata görə, 35 yaşadək olan gənc və ixtisaslı mütəxəssislərin sayı ümumilikdə 10,3 faizdir. Pepperoni pizza

Qurumdan qeyd olunub ki, əsas məqsədlərdən biri həkim heyətində yaş balansının qorunması, bölgələrdə gənc kadrların stimullaşdırılması və yerləşdirilməsi üçün davamlı tədbirlərin görülməsidir. Bu istiqamətdə rezidentura yerlərinin bölgələr üzrə artırılması, təlim və inkişaf proqramlarının təşkili prioritet istiqamətlərdən hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!