Xəstəxananın baş direktoruna cinayət işi açıldı   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxananın baş direktoruna cinayət işi açıldı - Foto

Kriminal

26 Avqust 2021 12:19 1376


“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aqil Musayevin sədrliyi ilə baxılacaq. Toyuqlu pizza

Məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!