Xəstəxananın həyətindəki ağacları kim kəsib? -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxananın həyətindəki ağacları kim kəsib? - FOTOLAR

Sosial

13 Aprel 2026 12:31 255


Səhiyyə Nazirliyi sosial şəbəkədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi» PHŞ-nin həyətində kəsilən ağaclarla bağlı paylaşılanlara münasibət bildirib.

Bu barədə “Yeni Sabah”a nazirlikdən məlumat daxil olub. Bildirilib ki, instaqram platformasında "Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi" PHŞ ilə bağlı guya qanunsuz ağac kəsilməsi barədə həqiqəti əks etdirməyən məlumat paylaşılıb:

“Bununla bağlı qeyd edilməlidir ki, ərazidən götürülən ağaclar köküstü quru və qəzalı vəziyyətdə olan ağaclardır, onların kəsilməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib.Ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş rəy və müvafiq komissiya qərarları əsasında aparılıb. Bu barədə rəy, protokollar, yaşıllıqların götürülməsi üzrə komissiyanın qərarı və foto materiallar mövcuddur”. pizza sifarişi

Qeyd edək ki, ərazidən götürülən ağacların əvəzinə yeni ağaclar əkilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!