Xəstəxanaya yerləşdirilən polis polkovniki Abel Məhərrəmovun kürəkəni imiş

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya yerləşdirilən polis polkovniki Abel Məhərrəmovun kürəkəni imiş

Sosial

02 Avqust 2019 15:14 1472


Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev xəstəxanaya yerləşdirilib.

"Yeni Sabah" "Unikal.org"a istinadən xəbər verir ki, Azər Paşayev Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda səhhəti ağırdır. Dominos pizza

Qeyd edək ki, Azər Paşayev Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, Abel Məhərrəmova məxsus olduğu deyilən “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov sayta açıqlamasında kürəkəni Azər Paşayevin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:

“Hazırda xəstəxanada müalicə olunur.  İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!