Xətaidə ağacların kəsildiyi ilə bağlı iddialara nazirlikdən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə ağacların kəsildiyi ilə bağlı iddialara nazirlikdən reaksiya

Sosial

24 Fevral 2020 12:34 573


Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Yeni Sabah"a daxil olan məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra Hakimiyyətləri tərəfindən söküldüyü məlum olub. Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!