Xətaidə çörək müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə çörək müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Maraqlı

03 İyul 2023 19:14 1308


Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Yenisabah.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakının Xətai rayonunda S.Əhmədov küçəsi, ev 5D ünvanında fəaliyyət göstərən fiziki şəxs Asim Ehtiram oğlu Əsədova məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, havalandırma sisteminin quraşdırılmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənmənin və dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi, texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyimlə tam təmin olunmadığı, həmçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb. Sezar pizza

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!