Xətai rayonunda döyülmə hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə Nobel prospektində, “Günəş” marketin yaxınlığında qeydə alınıb.
1991-ci il təvəllüdlü Əliyev Ağacan İntiqam oğlu tanıdığı şəxslərlə mübahisə edib. Pepperoni pizza
Nəticədə A. Əliyev döyülərək baş nahiyəsindən ağır xəsarətlər alıb. Yaralı huşsuz vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Qapalı kəllə-beyin travması, üzün çoxsaylı kəsilmiş yarası diaqnozu qoyulan A.Əliyev Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. /Oxu.az
Telegram kanalımız