Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan dəmir konstruksiyalardan ibarət qarajın içərisində "VAZ” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, qaraj və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Telegram kanalımız