Xətaidə tikintiyə etiraz   - İcra başçısı hadisə yerinə gəldi

saytların hazırlanması

Evə çatdırılma

Xətaidə tikintiyə etiraz - İcra başçısı hadisə yerinə gəldi

Hadisə

24 İyun 2021 23:20 1365


Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 103 ünvanında yaşayan sakinlər həyətdə tikilən tikintiyə etiraz ediblər.

Yenisabah.az xəbər verir ki, hündürmərtəbəli binanın tikintisindən narahat olan sakinlərin etiraz aksiyası axşam saatlarına qədər davam edib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev də sakinlərlə görüşmək üçün hadisə yerinə gəlib.  pizza mizza

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, 2018-ci ildən tikintiyə icazə verən qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir. 

"Bu, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir", - deyə qurum rəsmisi əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!