Xətainin işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Xətainin işi məhkəməyə göndərildi

Kriminal

19 Mart 2021 17:11 935


Tərtərdə qətl törətməkdə təqsirli bilinən Naib Hümbətovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Yenisabah.az Lent.az-a istinadla xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Elmin Rüstəmovun icraatına verilib.

Xatırladaq ki, hadisə 2020-ci ilin may ayında Tərtər şəhərinin Cavanşir küçəsində baş verib. Rayon sakini 40 yaşlı Zeynalov Xətai Sabir oğlu mayın 8-i gecə saatlarında qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlayaraq, qətlə yetirib. Toyuqlu pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!