“Xeyli “qara iş” gördü...” - Rusiya klubunda milli futbolçumuza görə gərginlik

saytların hazırlanması

Evə çatdırılma

“Xeyli “qara iş” gördü...” - Rusiya klubunda milli futbolçumuza görə gərginlik

İdman

07 Fevral 2020 10:01 1118


"Dinamo"nun (Moskva) sabiq məşqçisi Yuri Nikoforov futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayevdən danışıb. 

“Yeni Sabah” xəbər verir ki, 50 yaşlı mütəxəssis hücumçunun paytaxt klubundakı çıxışından bəhs edib. O, futbolçuya kifayət qədər şans verildiyini, ancaq özünü doğrulda bilmədiyini söyləyib:

"Ramilin “Dinamo”dan şikayətlənməsi günah olardı. İlk 3 turda müntəzəm olaraq meydana çıxdı. Çox çalışsa da, heç cür qol vura bilmədi. Fikrimcə, buna ustalığı çatmadı. Bəli, Rusiyanın gənclər yığmasında və "Zenit-2"də bombardirlər sırasında idi. Amma "Dinamo" başqa səviyyədir". Sezar pizza

Nikoforov Şeydayevə görə baş məşqçi Dmitri Xoxlovla arasında gərginlik baş verdiyini də bildirib: 

"Şeydayevə görə komandanın baş məşsçisi ilə mübahisəm düşdü. Bizim "Ural"la oyunumuzdan əvvəl hücuma Vyaçeslav Qrulyovu buraxmağı təklif etdim. Lakin Dmitri Valeryeviç "Mən hesab edirəm ki, Şeydayev oynamalıdır" cavabını verdi. Uzun müddət müzakirə apardıq, hərə öz əsaslandırmasını etdi. Onu inandıra bilmədim. Belə məsələlərdə son söz hər zaman baş məşqçinin olur. Növbəti gün Xoxlova dedim: "Sən haqlısan". "Dinamo" 2:0 hesabı ilə qalib gəldi. Şeydayev isə xeyli "qara iş" gördü, ikinci qolun məhsuldar ötürməsini etdi”.

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"da 2019/2020 mövsümünün ilk yarısında çıxış edib. Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!