Xeyrəddin Qoca dediyindən dönmədi:   “Deputatların çoxunun biznesi var“

saytların hazırlanması

Evə çatdırılma

Xeyrəddin Qoca dediyindən dönmədi: “Deputatların çoxunun biznesi var“

Maraqlı

22 İyun 2022 15:16 2242


Azərbaycanda iki tanınmış yazar arasında qalmaqal yaranıb.

Deputatların maaşı haqqında danışarkən Aqil Abbas bildirib: “O gün eşitdim Xeyrəddin Qoca deyib ki, deputatlar restoran biznesi ilə məşğul olur. Bəlkə də hansısa deputatın restoranı var, mənim xəbərim yoxdur. Xeyrəddin Qoca da vaxtilə deputat olub, görəsən, onun da restoran biznesi olub?”

Yenisabah.az-a açıqlamasında X. Qoca bu atmacaya cavab verib. pizza sifarişi

O, şəxsi biznesinin mövcudluğunu inkar edib:

“Aqil Abbas özü jurnalistdir, bilir ki, yazını əvvəlcə oxumaq lazımdır. Əlbəttə, bütün deputatları nəzərdə tutmuram. Aqil Abbasın eşitdiyinə əsasən danışması düzgün deyil. Əvvəlcə nə dediyimi oxumalı idi, necə ki mən Aqil Abbasın fikirlərini oxuyub sonra açıqlama verdim. 

Şübhəsiz, bütün deputatlar restoran biznesi ilə məşğul ola bilməz.

Mənə gəlincə, deputat olanda da, indi də, ümumiyyətlə, ömrüm boyu heç bir bizneslə məşğul olmamışam, heç nəyim də yoxdur, hazırda da təqaüd alıram.  

Yenə təkrar edirəm, deputatların çoxunun biznesi var, bu olmamalıdır, qanunaziddir. Burada yeni bir şey yoxdur, demişəm, yenə deyirəm”.

Xeyrəddin Qoca Aqil Abbasın “bəzi yetim deputatlar yazıq günündə dolanır” sözlərinə də cavab verib:

“Bəzi deputatlar var, yazıq günündə dolanmırlar, sadəcə digərlərindən daha az pul qazanırlar. Mən özüm elə olmuşam, deputat olduğum müddətdə həmişə pula ehtiyacım olub. O vaxt 200 manat alırdım, maaşımız az idi. Heç indi də deputatların maaşı çox deyil. Amma deputat yazıq günündə yaşaya bilməz, ən azından deputat maaşı alırsa, yazıq günündə deyil”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!