Xeyriyyəçi məşhurlar karvanına Bayram Nurlu da qatıldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Xeyriyyəçi məşhurlar karvanına Bayram Nurlu da qatıldı - Video

Şou

15 Aprel 2020 10:14 4030


Ekstarsens,"İnstagram" fenomeni Bayram Nurlu yardım kampaniyasına başlayıb. Belə ki, o, karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə ərzaq yardımı edib. 

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında yardım görüntülərini paylaşan B.Nurlu “Paylaşmağı sevmirəm, amma paylaşmayanda da yazırlar ki, Bayram Nurlu yardım etmir. Etdiklərimin bir hissəsini paylaşıram. Üç gün boyunca Qaxda aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirdik. Ucqar kəndlərə gedə bilməsəm də, komandamızın üzvləri gedəcəklər” – deyə qeyd edib. 

Qeyd edək ki, bir neçə həftədir ölkəmizdəki dəstək tədbirlərinə bir sıra məşhurlar da qoşulur. Bəzi məşhurlar aksiya keçirərək dostları ilə birlikdə imkansız ailələrə sovqat aparırlar.  Dominos pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!