Tez-tez xeyriyyəçiliyi ilə gündəmə gələn türkiyəli müğənni Haluk Levent bu dəfə özü üçün yardım istəyib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi “Tvitter” hesabında bu barədə yazan müğənni ayağında olan problemə görə izləyicilərindən kömək istəyib:
“Hazırda qollarımda və ayaqlarında eqzema bənzəri şeylər var. Bədənimə yayılmamış müalicəsini etdirmək istəyirəm. Heç cür düzəlmədi. Müxtəlif yerlərə getdim, məlhəmlər çəkdim, amma keçmədi. İndi sıra sizdədir. Bunun müalicəsini tapın. Düz bir ildir ki, qaşınır”. pizza hut
Telegram kanalımız