Əməkdar artist Xəyyam Nisanov bəzi həmkarlarının onu inhisarda ittiham etməsinə münasibət bildirib.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, o, "Özəl" proqramında aparıcı Kazım Sübhanın sualını cavablandırıb:
"Yəqin həmin insanlar əyləncəyə, boşluğa çox vaxt ayırır. Öz işimlə məşğulam. Toy müğənnisiyəm, toyu idarə etməyi bacarıram. Çərçivəm var, orada özümü rahat hiss edirəm. Toyuqlu pizza
Bir insanı istəməsələr, onu hansısa toya dəvət etməzlər. Qeyri-peşəkar insan xoşlamıram. Elə insanlar var ki, səhnəyə təsadüfən gəliblər".
Xatırladaq ki, bundan əvvəl müğənni Nura Suri Xəyyamın bəzi müğənniləri toydan uzaqlaşdırdığını deyib.
Telegram kanalımız