Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu

Siyasət

23 Mart 2026 21:41 955


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Telefon danışığı zamanı regional vəziyyət müzakirə olunub. Marqarita pizza

Nazirlər bölgədə hərbi eskalasiyaya son qoyulması istiqamətində mümkün səylər ətrafında fikir mübadiləsi aparıblar. Bununla yanaşı, Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

C. Bayramov həmçinin İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları üzrə araşdırmanın tamamlanması istiqamətində rəsmi Bakının gözləntilərini bir daha diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!