Xəzər dənizində süni ada yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Xəzər dənizində süni ada yaradılır

İqtisadiyyat

30 Mart 2021 14:12 989


“İran Xəzər dənizində süni ada yaradacaq”.

Yenisabah.az xəbər verir ki, bunu neft məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

Ekspert bu barədə İranın Mazandaran əyalətinin Noşehr mahalının bələdiyyə başçısı Əli Amaninin açıqlama verdiyini bildirib: Dördpendirli pizza

“Məlumata görə, İranın Mazandaran əyalətinin Noşehr şəhərində artıq bu addımın atılması üçün lisenziya verilib. Negin Parkının qarşısında yaradılacaq adanın dizaynı və ilkin araşdırmaları “Pars Sazeh” tərəfindən həyata keçirilib.

Bələdiyyə sədri adanın dənizdə yaradılmasına dövlət və özəl investorların cəlb olunacağını söyləyib. Bununla əlaqədar olaraq bir elan artıq yayımlanıb. 18 hektar ərazisi olan adanın sahildən 1 km məsafədə yerləşəcəyi diqqətə çatdırılıb. Ada 300 əyləncə gəmisinin qəbulunu, 5 ulduzlu otel, dəniz restoranı, idman və əyləncə mərkəzi, konfrans zalı və digər obyektlərin inşasını əhatə edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!