Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Xəzər sahillərində növbəti təmizlik aksiyası keçirilib

Sosial

02 İyun 2025 10:51 207


Çimərlik mövsümü ərəfəsində paytaxtın Sabunçu rayonu ərazisində vətəndaşlar tərəfindən ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, ölkənin biomüxtəlifliyində xüsusi rola malik ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və insanları təbiətin mühafizəsi uğrunda səylər göstərməyə xidmət etmək məqsədini daşıyan sahilyanı təmizlik aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sabunçu Rayon İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin biomüxtəlifliyinin mühafizəsinə xidmət edən çirkləndirilmiş sahilyanı ərazilərin təmizlənməsinə və bərpasına yönəlmiş bu təmizlik aksiyasında qurumların əməkdaşları və ictimai birliyin könüllüləri iştirak ediblər. Toyuqlu pizza

Keçirilən aksiya Pirşağı qəsəbəsindəki ictimai çimərlik ərazisində təşkil edilib. İməcilik zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları ərazini çox sayda tullantıdan, xüsusən də davamlı zərərə səbəb olan plastik tullantılardan təmizləyib və toplanan iki tona yaxın tullantı "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!