“Xəzər TV”də efirə gedən "İncə səhər" verilişinin yayımının tanınmış müğənni Almaxanım Əhmədlinin ifasından sonra dayandırılması müzakirələrə səbəb olub.
"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, yayımın Mədəniyyət Nazirliyinin tapşırığı ilə dayandırıldığı iddia olunur.
Almaxanım Əhmədli bu məsələyə münasibət bildirməyib. Marqarita pizza
İfaçının atası, professor Vüqar Əhməd isə məsələyə aydınlıq gətirib: “Montajda problem olub. Vüsalə xanım (red.- aparıcı Vüsalə Əlizadə) Bakıda deyil. İlk dəfə olaraq çəkiliş etmişdi. Veriliş “brak” gedib. Hazırda montaj gedir, sabah yenidən efirə veriləcək. Heç bir problem yoxdur”.
Telegram kanalımız