Xəzərdə balıqlar yoxa çıxır? -   Böyük araşdırma başladı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə balıqlar yoxa çıxır? - Böyük araşdırma başladı

Sosial

14 Oktyabr 2025 09:38 334


Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya başlayıb.

“Yeni Sabah” xəbər verir ki, ekspedisiya Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, AMEA Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyədən dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

Tədqiqat işləri “Azbioresurs” MMC-yə məxsus “SEA STAR 1” gəmisində aparılacaq. pizza hut

Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyən etməkdir.

Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!