Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə çəlləklərə bərkidilmış kisədə narkotik tapıldı

Maraqlı

05 Yanvar 2023 15:26 624


Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmış bir ədəd şübhəli kisə aşkarlanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. 

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 070 qram narkotik vasitə (1 kiloqam 990 qram “marixuana” və 80 qram “həşiş”) aşkar olunaraq götürülüb.  Sezar pizza

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!