Xəzərdə nə baş verir? - Al-qırmızıya boyandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə nə baş verir? - Al-qırmızıya boyandı - Foto

Hadisə

16 Fevral 2025 17:38 1373


Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar.

Yenisabah.az xəbər verir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib.

Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır. pizza mizza

“Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, - Kaysar Nadirbek bildirib.

Qeyd edək ki, Xəzər dənizinin al-qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib./Axar.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!