Xəzərdə qanunsuz nərə balığı ovu ilə məşğul olan 20 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə qanunsuz nərə balığı ovu ilə məşğul olan 20 nəfər saxlanıldı

Kriminal

13 Noyabr 2021 15:35 796


Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Res­publikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə təd­bir­lər davam etdirilir.

Yenisabah.az xəbər verir ki, Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir ki, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti böl­mələri tə­rəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitə­lərinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nə­rə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

Qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılıb, onlar­dan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri ol­ma­ları müəyyən edilib. Sezar pizza

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olun­­maları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!