Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərildi

Sosial

05 Avqust 2019 13:33 1056


Hazırda Xəzər dənizi akvatoriyasında müşahidə edilən və avqustun 8-dək davam edəcəyi proqnozlaşdırılan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) donanmasına aid Xəzərdə üzən bütün gəmilərə xəbərdarlıq göndərilib. 

Bu barədə "Yeni Sabah"a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xəbərdarlıqda hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi, gəmilərin təhlükəsiz sığınacaqlara getməsinin təmin olunması bildirilib. Küləkli havanın müşahidə olunacağı tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitan və baş mexaniklərinə mütləq şəkildə gəmidə olmaları və gəmilərin təhlükəsiz dayanmasını təmin etmələri tapşırılıb. pizza sifarişi

Bundan başqa, qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!