Xəzəri hasarlayan “Sədərək”in sahibi ilə bağlı   Məhkəmədən qərar

saytların hazırlanması

Evə çatdırılma

Xəzəri hasarlayan “Sədərək”in sahibi ilə bağlı Məhkəmədən qərar

Sosial

24 İyul 2019 10:34 2326


Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb.

"Yeni Sabah"ın "Report"a istinadən xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb. Toyuqlu pizza

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədibəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləndirilir. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Dövlət Komitəsinin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!