Xəzərin Bakı və Abşeron sahillərində 4 suiti cəsədi aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xəzərin Bakı və Abşeron sahillərində 4 suiti cəsədi aşkarlandı - Foto

Maraqlı

09 Dekabr 2022 18:32 759


Xəzər dənizinin Azərbaycan sahillərində daha 4 suiti cəsədi aşkar olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində monitorinqlər davam etdirilir. Pepperoni pizza

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev qeyd edib ki, keçirilən monitorinqlər zamanı dekabrın 9-da təmsil etdiyi qurumun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Xəzər dənizinin Novxanı, Goradil, Şüvəlan sahillərində ümumilikdə, 4 suiti cəsədi aşkar olunub.

Xidmət rəisinin sözlərinə görə, suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssislər tərəfindən cəsədlərdən nümunələr götürülüb, analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!