Qazaxıstandan Azərbaycana Xəzər dənizin dibi ilə fiber-optik kabelin çəkilməsinə gələn ilin yay aylarında başlanılması planlaşdırılır.
"Yeni Sabah" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər kabelin çəkilişi üzrə işlərin tam yekunlaşması və kabelin istifadəyə verilməsi nəzərdə tutulur: pizza sifarişi
"Hazırda Xəzər dənizində həmin bu kabelin keçəcəyi dib ərazisində marşrutun analizləri yekunlaşıb. Yaxın zamanlarda bu işləri həyata keçirən şirkət tərəfindən hesabat operatorlara layihəni iştirakçıkarına təqdim olunacaq. Həmçinin Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabelin artıq istehsalı üzrə də işlərə başlanılıb. Kabelin istehsalı 2026-cı ilin yay aylarına qədər bitəcək".
Telegram kanalımız