Xəzəryanı ölkələr birgə təlimlər keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Xəzəryanı ölkələr birgə təlimlər keçirəcək

Dünya

07 Oktyabr 2025 13:57 229


Xəzəryanı ölkələr birgə hərbi təlimlər keçirəcək

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.

O, Sankt-Peterburqda Xəzəryanı ölkələrin dəniz qüvvələri komandanlarının görüşündə bildirib: "Xəzər dənizi yalnız İran, Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistan da daxil olmaqla, Xəzər dənizinin 5 sahilyanı ölkəsinə məxsusdur. Regiondankənar güclərin bu hövzədə yeri yoxdur və Xəzəryanı ölkələr müdaxiləyə imkan verməyəcək". pizza sifarişi

Görüşün Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Moiseyev Xəzəryanı dövlətlərin bəzi məsələlərin həllində sıx əməkdaşlığını yüksək qiymətləndirib: Bu görüşlərin keçirilməsi perspektivləri yaxınlaşdıracaq, yaxınlaşmanı gücləndirəcək, bu dənizdə iqtisadi əməkdaşlığın və maraqların inkişafı üçün bərabər imkanlar yaradacaq.

Toplantıda 5 sahilyanı ölkənin birgə hərbi təlimləri barədə razılıq əldə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!