Xəzər dənizi ölkələri ilə əlaqələrin inkişafı Tehran üçün xüsusi əhəmiyyət kəsb edir.
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Xəzər dənizi ölkələrinin sahil əyalətləri rəhbərlərinin sammitində bildirib.
"Bu görüş İranın Xəzərdəki qonşuları ilə mehriban qonşuluq siyasətinin genişləndirilməsi istiqamətində keçirilir. Bir müddət əvvəl Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısı keçirilib və bu yaxınlarda bu ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək", - deyə nazir vurğulayıb. Sezar pizza
Telegram kanalımız