Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək

saytların hazırlanması

Evə çatdırılma

Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək

Sosial

06 İyul 2025 12:15 326


Ağdamın Xıdırlı kəndinə 6 minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

Yenisabah.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, kəndin inşası 2 mərhələdə həyata keçiriləcək. Hazırda birinci məhələnin inşası tam başa çatdırılıb: Sezar pizza

Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1 498 fərdi evin inşası nəzərdə tutulur:

Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.

Bununla yanaşı, kənddə 528 şagird yerlik tam orta məktəb də istifadəyə verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Akif m
    Xeyirli yol. Uğurlu olsun. Əbədi sakinlər olsunlar. Oğul evləndirsinlər, qız köçürsünlər Xıdırlıdan...
    10 months ago