Xidmət rəisi ekoaktvistlərin qarşısına çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Xidmət rəisi ekoaktvistlərin qarşısına çıxdı

Hadisə

11 İyul 2021 13:20 1135


Ölkənin bir qrup gənc aktivisti son günlər Lənkəranda Haftoni kəndi yaxınlığındakı meşə sahəsində  ağacların kəsilməsinə etiraz olaraq bölgəyə səfər ediblər.

Yenisabah.az xəbər verir ki, aktivistləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Namiq Xıdırov qarşılayıb və onları narahat edən sualları cavablandırıb, bütün məsələlərə aydınlıq gətirib.

O bildirib ki,  müraciət əsasında Kənd təsərrüfatı nazirliyi ilə razılaşdırılaraq Haftoni kəndinin yaxınlığında meşə fonduna aid olan açıq meşə sahəsi müqavilə ilə “Beta Tea” şirkətinə icarəyə verilib.  Pepperoni pizza

 Müqavilə şərtlərinin düzgün icrası ilə bağlı aparılmış araşdırma göstərib ki “Beta Tea” şirkəti tərəfindən ərazinin 2 hektar sahəsində  hazırlıq işləri aparılarkən qurumuş kol-kosdan və qurumuş ağaclardan başqa müxtəlif köküstə yaşıl ağacların qırıntısına yol verilib. 

Araşdırmaların nəticəsi olaraq ərazidə icazə verilmiş fəaliyyətdən kənara çıxmalara yol verdiyinə görə “Beta Tea” şirkətinə kəsilmiş ağacların yerində yeni ağacların əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi qərara alınıb.

N. Xıdırov deyib ki, ETSN-nin nəzarət funksiyasını layiqincə yerinə yetirməyən əməkdaşlara intizam qaydasında cəza veriləcək. Nazirlik rəsmisi aktivistləri narahat edən bütün məsələlərə aydınlıq gətirib, görüş sosial şəbəkələrdə canlı yayımlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!