Xilasedici polis iti qəddarcasına öldürüldü   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Xilasedici polis iti qəddarcasına öldürüldü - FOTOLAR

Dünya

08 İyul 2025 11:33 438


 Ekvadorda axtarış-xilasetmə əməliyyatlarında iştirak edən xüsusi təlimli "Athos" adlı polis iti qəddarcasına öldürülüb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, hadisənin təfərrüatlarına görə, naməlum şəxs itin olduğu əraziyə mismarla doldurulmuş sosis atıb. "Athos" onu yedikdən sonra daxili qanaxma keçirib və təcili baytara aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Ekvador polisi bu hadisəni qəsdən törədilmiş suiqəst kimi qiymətləndirir və məsul şəxsin müəyyən edilərək cəzalandırılması üçün araşdırmalara başlayıb. Dominos pizza

Qeyd edək ki, "Athos" ölkədə baş verən zəlzələ və digər təbii fəlakətlər zamanı çoxsaylı insanın xilas olunmasında mühüm rol oynamışdı. Onun itirilməsi həm hüquq-mühafizə orqanlarında, həm də ictimaiyyət arasında dərin üzüntü ilə qarşılanıb.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!