Xilasedicilərimiz 37 nəfəri dağıntılar altında sağ çıxardı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xilasedicilərimiz 37 nəfəri dağıntılar altında sağ çıxardı - Video

Maraqlı

09 Fevral 2023 09:05 725


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  Toyuqlu pizza

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!