Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxarıblar   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xilasedicilərimiz dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxarıblar - Video

Hadisə

18 Fevral 2023 15:09 883


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Yenisabah.az xəbər verir ki, bununla bağlı FHN-dən məlumat verilib.

Bu çərçivədə, məlumat verildiyi kimi, FHN-in xilasedicilərinin bir qrupu zəlzələnin ciddi zərər vurduğu Türkiyənin Hatay bölgəsində ötən gündən axtarış-xilasetmə əməliyyatlarına başlayıb. pizza mizza

Ümumilikdə, FHN-in qüvvələri bu vaxtadək həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 761 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!