Xilasedicilərimiz Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

Xilasedicilərimiz Kahramanmaraşda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Maraqlı

10 Fevral 2023 21:31 693


Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş şəhərində gecə vaxtı axtarış-xilasetmə əməliyyatları keçirir.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını hazırda da davam etdirir. Sezar pizza

Fevralın 10-da şəhər ərazisində FHN-in xilasediciləri qruplar şəklində güclü zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparır.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin müxtəlif yerlərində binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Xatırladaq ki, Azərbaycanın xilasediciləri Kahramanmaraşda üç növbəli sistem şəklində axtarış-xilasetmə əməliyyatlarını həyat keçirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 47 nəfəri sağ, 270-dən çox şəxsin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!