Xilasediiclərimiz dağıntılar altından 613 nəfərin cəsədini çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Xilasediiclərimiz dağıntılar altından 613 nəfərin cəsədini çıxarıb

Maraqlı

13 Fevral 2023 10:23 671


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.  Pepperoni pizza

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!