XİN Rusiya vətəndaşları üçün yeni qaydalar barədə məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

XİN Rusiya vətəndaşları üçün yeni qaydalar barədə məlumat yaydı

Siyasət

28 Dekabr 2024 14:40 676


Sual: Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bir neçə gün bundan əvvəl açıqlamasında bildirib ki, Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən bir sıra dəyişikliklərə əsasən, 1 yanvar 2025-ci il tarixdən etibarən xarici ölkə vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. O həmçinin bildirib ki, qaydalara əsasən həmçinin xarici vətəndaşlar Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata düşməlidir. Qeyd edək ki, hal-hazırkı qaydalara görə bu müddət 180 gün ərzində 90 gün, 1 il ərzində isə 180 gündür. Bu yeni qərara münasibətinizi öyrənmək istərdik?

Cavab: Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə vətəndaşlarımızın hüquqları kontekstində nəzərdən keçirilir.

Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək. Sezar pizza

Bununla əlaqədar, yaxın günlərdə Azərbaycan Respublikası ərazisində Rusiya Federasiyası vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!