XİN-dən erməni nazirə cavab - “Bu, tamamilə qəbuledilməzdir“

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən erməni nazirə cavab - “Bu, tamamilə qəbuledilməzdir“

Siyasət

02 Aprel 2019 22:12 924


"Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib. 

"Hesab edirik ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir. Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir" - deyə vurğulanıb. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!